SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Bakının bütün mikrorayonlarında su KƏSİLƏCƏK

Bakının bütün mikrorayonlarında su KƏSİLƏCƏK

16.01.2025 10:30 124
Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində - "Vorovski" ərazisində suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir. Saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.
Xəbəri necə qiymətləndirirsiniz?