SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Bakının bu qəsəbəsinin qazı kəsiləcək

Bakının bu qəsəbəsinin qazı kəsiləcək

14.11.2024 10:09 121
Bu gün Bakının Qaradağ rayonu, Sahil qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, "Azəristiliktəchizat" ASC-nin sifarişinə əsasən Sahil qəsəbəsində yerləşən 5 ədəd qazanxananı təbii qazla təmin edən qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəbəkəyə qoşulması, qaz xətti üzərində sayğacın və tənzimləyicinin quraşdırılması məqsədilə noyabrın 14-də saat 10:00-dan 13:00-dək qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbəri necə qiymətləndirirsiniz?