Ukraynada yaşayan jurnalist Ramiz Mikayılov sosial şəbəkələrdə (TikTok) fəaliyyəti ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Rusiyada yerləşən dəyəri milyonlarla dollarla ölçülən daşınmaz əmlakı barədə diqqətçəkən məlumatlar yayıb.
Jurnalist öz müraciətində ABU-nun keçmiş rektoru Elşad Abdullayevə məxsus məhkəmə qərarı ilə müsadirə olunmalı olan, lakin hələ də icra edilməyən mülklərin siyahısını və sənədlərini nümayiş etdirib.
60 milyon dollarlıq obyekt və yataqxana
Ramiz Mikayılov bildirib ki, ABU-nun keçmiş rektoru Elşad Abdullayev barəsində 15 illik həbs qətiimkan tədbiri və əmlakının müsadirə olunması haqqında məhkəmə qərarı mövcuddur. Sənədlərə əsasən, ABU-ya aid Rusiya Federasiyasındakı əsas mülklər aşağıdakılardır:
-Moskva vilayəti, Odintsovo rayonu, Markino kəndi, 26 ünvanı:
-2000 kv.m sahəsi olan Beynəlxalq Universitetə aid bina;
-800 kv.m sahəsi olan yataqxana kompleksi.
-Mülkün hazırkı qiyməti təxminən 60 milyon dollar dəyərində qiymətləndirilir.
-Moskva vilayəti, Vidnoye şəhəri, Sovetski proyezd, ev 4:
-550 kv.m sahəsi olan "Avokado" supermarketi.
-Obyektin təxmini dəyəri 2 milyon dollar təşkil edir.
Jurnalist vurğulayıb ki, Rusiya tərəfi dəfələrlə bu əmlaklarla bağlı müraciət etsə də, hələ də lazımi addımlar atılmayıb. Müsadirə olunacaq bu vəsaitlərlə Azərbaycanda 10-15 yeni məktəb binasının tikilməsinin mümkün olduğunu qeyd edən Ramiz Mikayılov, dövlət başçısına və hüquq-mühafizə orqanlarına müraciət edərək məhkəmə qərarının icra olunmasını və bu əmlakların Azərbaycan dövlətinin hesabına keçirilməsini xahiş edib.
Musavat.com
Bakunews.tv