SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Surət Hüseynovun cənazəsi Gəncəyə gətirildi

Surət Hüseynovun cənazəsi Gəncəyə gətirildi

02.08.2023 10:22 272
Azərbaycanın sabiq baş nazıri Sürət Hüseynovun cənazəsi gecə saatlarında Türkiyədən Bakıya gətirilib, oradan isə Gəncəyə aparılıb.
AzVision.az xəbər verir ki, mərhumla vida mərasimi İsmət Qayıbov küçəsindəki evində keçiriləcək.

Qeyd edək ki, Surət Hüseynov Gəncə şəhərinin 4 saylı qəbiristanlığında, ata və anasının məzarı yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən gün 64 yaşlı Surət Hüseynov İstanbuldan Moldovaya gedərkən səhhətindəki problemlə bağlı vəziyyəti ağırlaşıb. O, Türkiyədəki xəstəxanasda vəfat edib.
Xəbəri necə qiymətləndirirsiniz?