SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Tərtərdə mina partladı - Ölən var

Tərtərdə mina partladı - Ölən var

21.05.2024 16:47 387
Tərtər rayonunda mina partlayışı baş verib.

"Hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri necə qiymətləndirirsiniz?