SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Qızılağacda qanunsuz ov edən şəxs cəzalandırıldı

Qızılağacda qanunsuz ov edən şəxs cəzalandırıldı

01.08.2022 14:39 338
Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.

Bu barədə bakunews.tv-ya axar.az-a istinadən Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbir görülüb:

“Milli parkın Kiçik Körfəz adlanan ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə su hövzəsindən 1950 metr uzunluğunda sintetik tor yığışdırılıb”.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?