Hadisə
432
13-08-2022, 11:48

Bakıda “Milyonerlər məhəlləsi”ndə DƏHŞƏTLİ HADİSƏ: ÖLƏN VAR

Bakıda fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Azsabah.com-a Nərimanov Rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə avqustun 12-si saat 09 radələrində Nərimanov rayonu, M.Araz (“Milyonerlər məhəlləsi” kimi tanınan küçə) 92 ünvanında baş verib.

1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər