Hadisə / Ölkə
436
5-09-2022, 11:47

Zaqatala, Qəbələ və Oğuzda yanğınlar davam edir

Zaqatala, Qəbələ və Oğuz rayonlarında yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bu barədə bakunews.tv milli.az-a istinaden Fövqəladə Hallar Nazirliyinin (FHN) bildirilib.

Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Sentyabrın 2-dən etibarən isə Oğuz və Qəbələ rayonlarında meşə yanğınları başlayıb.

bakunews.tv


Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər