SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Qonşular arasında kütləvi dava: Onları ayırmaq istəyən şəxs maşınla vuruldu-GƏNCƏDƏ

Qonşular arasında kütləvi dava: Onları ayırmaq istəyən şəxs maşınla vuruldu-GƏNCƏDƏ

15.07.2022 03:07 410
Gəncədə kütləvi dava olub.

bakunews.tv lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, iki qonşu arasında dava düşüb.

Davaya müdaxilə etmək istəyən başqa şəxs qonşulardan birini döyüb.

Hadisə yerinə gələrkən həmin şəxs, qonşuları ayırmaq istəyən başqa adamı idarə etdiyi VAZ-2107 markalı avtomobillə vurub.

Xəsarət alanlardan biri qadın digəri isə kişidir.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?