SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Bakıda sərnişin avtobus sürücüsünü döyüb

Bakıda sərnişin avtobus sürücüsünü döyüb

18.07.2022 07:41 492
Bakının Sabunçu rayonunda avtobusda dava düşüb.

bakunews.tv apa-ya istinadən bildirir ki, hadisə ötən axşam saat 23:00-da Zabrat qəsəbəsində qeydə alınıb.

118B marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1977-ci il təvəllüdlü Qorçiyev Əziz Cəmil oğlu avtobusda olan sərnişinlə mübahisə edib. Mübahisə zamanı sürücü döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Mübahisənin səbəbi hələ ki məlum deyil.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?