SON DƏQİQƏ
Bakunews.tv » İdman » Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəldi

Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəldi

19.01.2024 14:44 258
Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib.

Bu barədə yerli “Asharq Al-Awsat” nəşri məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı mütəxəssis “Əl-Şabab” klubu ilə şifahi anlaşma əldə edib. Klub rəsmiləri məlumatı təsdiqləyiblər. Mourinyonun bir neçə gün ərzində Ər-Riyada yollanacağı gözlənilir. “Əl-Şabab” Səudiyyə Ərəbistanı çempionatında 19 turdan sonra 21 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Joze Mourinyo bir neçə gün əvvəl İtaliya klubu “Roma”dan istefaya göndərilib.
Xəbəri necə qiymətləndirirsiniz?