İdman
372
20-07-2022, 17:17

Konfrans Liqası: "Qəbələ"nin səfər oyunu canlı yayımlanacaq

Macarıstanda "Fehervar" və "Qəbələ" arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu canlı yayımlanacaq.

bakunews.tv report-a istinadən xəbər verir ki, görüş "CBC İnternational" telekanalının canlı efirində olacaq.

"CBC Sport" telekanalının təşəbbüsü ilə qarşı tərəflə aparılan danışıqlar nəticəsində oyunun Azərbaycanda yayımlanmasına qərar verilib.

Qeyd edək ki, iyulun 21-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər