SON DƏQİQƏ
Bakunews.tv » İdman » Azərbaycan avarçəkəni: Olimpiadaya lisenziya qazanmaq həyatımın arzusu idi

Azərbaycan avarçəkəni: Olimpiadaya lisenziya qazanmaq həyatımın arzusu idi

29.04.2024 11:51 316
Bu, həyatımın arzusu idi.

Bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan avarçəkəni Diana Dımçenko deyib.

Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında buna nail olan idmançı çox xoşbəxt olduğunu bildirib: "Arzum gerçəkləşdi. Çox razıyam. Bundan sonra daha çox iş görmək lazımdır. Təbii ki, çox çətin idi. Güclü külək çıxışımıza mane olurdu. Ancaq bu tək mənə yox, hamıya aiddir".
Xəbəri necə qiymətləndirirsiniz?