SON DƏQİQƏ
Bakunews.tv » İdman » “Neftçi” nə qədər qazandı?

“Neftçi” nə qədər qazandı?

29.07.2022 15:20 374
Xəbər verdiyimiz kimi, “Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Aris” klubunu məğlub edərək 3-cü mərhələyə adlayıb.

bakunews.tv qafqazinfo-ya istinaden xəbər verir ki, Bakıda keçirilən oyunda rəqibinə 3:0 hesabı ilə qalib gələn “ağ qaralar” bu qələbə ilə 1 milyon avro (1 milyon 730 min manat) qazanıb.

Həmin məbləğin 100 min avrosu qatılma haqqı olaraq paytaxt təmsilçisinə ödənəcək. 350 min avro 2-ci, 550 min avro isə 3-cü təsnifat mərhələsində iştiraka görə verilib.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?