İdman
456
27-08-2022, 15:08

"Qarabağ" Avropa Liqasından nə qədər qazanacaq?

UEFA Avropa Liqasının G qrupunda mübarizə aparan "Qarabağ"ın qrupda göstərdiyi nəticəyə görə gəlirini artırmaq şansı var.

bakunews.tv offsideplus.az-a istinadən xəbər verir ki, "Qarabağ" ÇL-nin pley-off mərhələsində oynadığına görə 5 milyon avro, AL-nin qrupuna vəsiqə qazandığı üçün isə 3 milyon 630 min avro mükafatı təmin edib.

Belə ki, UEFA Avroliqanın qruplarında oynayacaq bütün klublara 3 milyon 630 milyon avro büdcə ayırıb. Bundan əlavə, hər qələbəyə görə 630 min, heç-heçəyə görə isə 210 min avro mükafat veriləcək.

Klub qrup qalibi olduğu halda 1 milyon 100 min avro, qrup ikincisi olsa, 550 min avro qazanacaq. UEFA pley-offdan 1/8 final üçün 1,2 milyon avro, 1/4 finala 1,8 milyon avro, 1/2 finala isə 2,8 milyon avro mükafat təyin edib.

Avropa Liqasının qalibi isə 4 milyon avro əldə edəcək.

Qeyd edək ki, G qrupunda "Qarabağ"ın rəqibləri "Frayburq", "Olimpiakos" və "Nant" klublarıdır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər