SON DƏQİQƏ
Bakunews.tv » İdman » "Qarabağ"ın oyununda VAR istifadə olunacaq? – Rəsmi

"Qarabağ"ın oyununda VAR istifadə olunacaq? – Rəsmi

30.07.2022 17:20 354
Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.

bakunews.tv axar.az-a istinaden xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb.

Bildirilir ki, VAR sistemi ilk dəfə III təsnifat mərhələsinin matçlarında tətbiq olunacaq.

Avropa futbol qurumu VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

Qeyd edək ki, "Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?