İdman
298
7-08-2022, 21:30

"Ferentsvaroş"un prezidenti "Qarabağ"la oyun üçün azarkeşlərə səslənib

Macarıstan "Ferentsvaroş"unun prezidenti Qabor Kubatov evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı azarkeşlərə çağırış edib.

bakunews.tv-nun report-a istinadən məlumatına görə, klubun rəsmi simvolu olan qartal talismanı ilə fotosunu paylaşan funksioner fanatları stadiona səsləyib.

O, postda "Haydı uşaqlar. Döyüşmək və irəki getmək lazımdır" yazıb.

Qeyd edək ki, avqustun 9-da "Groupama Arena"da keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər