İdman
388
15-07-2022, 21:33

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı azalıb

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimindən əvvəl "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb.

bakunews.tv
report-a istinadən məlumatına görə, Azərbaycan təmsilçisi İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, səpələnmişlər səbətində yer alacaq. Bu halda rəqiblər "Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) və "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütlərinin qalibləri, eləcə də Kiprin "Apollon" (Limassol" komandası olacaq.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Oyunlar isə 2-3 avqust və 9 avqustda keçiriləcək.


bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər