SON DƏQİQƏ
Bakunews.tv » İdman » Şahmat Olimpiadası: Qadınlardan ibarət Azərbaycan yığması qələbə qazanıb

Şahmat Olimpiadası: Qadınlardan ibarət Azərbaycan yığması qələbə qazanıb

07.08.2022 18:19 403
Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib

bakunews.tv-nun report-a istinadən məlumatına görə, IX turda Monqolustanla görüşən yığma 2,5:1,5 hesablı qələbə qazanıb.

Günay Məmmədzadə və Xanım Balacayevanın qalib gəldiyi turda Gövhər Beydullayeva heç-heçə edib, Gülnar Məmmədova isə uduzub.

Ümumdünya Şahmat Olimpiadası

IX tur

Qadınlar

Azərbaycan - Monqolustan

Günay Məmmədzadə - Enhtul Altan-Ulzi - 1:0

Xanım Balacayeva - Bayarjarqal Bayarmaa - 1:0

Gövhər Beydullayeva - Turmunk Munheul - 0:5:0,5

Gülnar Məmmədova - Bat-Erdene Munquneul - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?