İdman
294
8-08-2022, 13:14

Qvido Burqştaller: "Neftçi" ilə oyunda daha yaxşı işlər görəcəyik"

"Bu matçdakı kimi qol şansları yaratsaq, "Neftçi" ilə cavab görüşündə daha yaxşı işlər görəcəyik".

bakunews.tv-nun report-a istinadən məlumatına görə, bunu "Rapid" (Vyana) komandasının futbolçusu Qvido Burqştaller evdə Lustenau "Austriya"sı ilə 1:1 heç-heçə etdikləri Avstriya Bundesliqasının 3-cü tur matçından sonra deyib.

33 yaşlı hücumçu karyerasında bəzən çətinliklər çəkdiyini bildirib: "Ancaq biz indi də bunun öhdəsindən gələcəyik".

Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Bakıdakı ilk qarşılaşmasında "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər