İdman
354
16-08-2022, 17:37

Azərbaycanın futbol millisi İslamiadada bürünc medal qazanıb

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında sonuncu matçını keçirib.

bakunews.tv report-a istinadən xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiva üçüncü yer uğrunda görüşdə Əlcəzair seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq çıxış edən Azərbaycan yığması İslamiadanın bürünc medalına sahib çıxıb. Milli penaltilər seriyasında 4:3 hesablı qələbə qazanıb.

bakunews.tv
Son xəbərlər