SON DƏQİQƏ
Bakunews.tv » İdman » "Zirə" 2 yeni futbolçu transfer edib

"Zirə" 2 yeni futbolçu transfer edib

16.08.2022 17:56 355
"Zirə" heyətinə iki yeni futbolçu cəlb edib.

Klubdan bakunews.tv-ya report-a istinadən verilən məlumata görə, Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalanıb.

27 yaşlı Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub. Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşanın "Rakuv", Portuqaliyanın "Famalikan" klublarında çıxış edib.

23 yaşlı Qomesin son klubu Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarının formasını geyinib.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?