SON DƏQİQƏ
Bakunews.tv » İdman » Millimizin futbolçusu “Eyndhoven”ə keçdi

Millimizin futbolçusu “Eyndhoven”ə keçdi

06.08.2022 17:06 329
Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü Niderlandda klubunu dəyişib.

bakunews.tv report-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu səviyyəcə ikinci sayılan Erstdivizion təmsilçisi "Eyndhoven"ə transfer olunub. Onun son klubu elə bu liqada çıxış edən "Telstar" olub.

Qeyd edək ki, Ozan Can Kökçü əvvəllər Azərbaycanda "Sabah" komandasının, eləcə də U-20 və U-21 yığmalarının formasını geyinib.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?