İdman
365
23-08-2022, 13:41

“Qarabağ”ın Çexiya səfərindən maraqlı görüntülər

Ağdamın "Qarabağ" futbol klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, həlledici qarşılaşma Çexiyanın Plzen şəhərindəki "Dusan Arena"da baş tutacaq.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Klubun rəsmi "YouTube" səhifəsində hazırda Çexiyada olan "Qarabağ" klubunun qarşılaşmaya qədərki səfərinə həsr edilən maraqlı video paylaşılıb.

Görüntülərdə futbolçularımızın səfərə yüksək əhval-ruhiyyədə yollandığı aydın görünür.

bakunews.tv
Son xəbərlər