İdman
217
19-06-2023, 15:46

Əliyar Ağayev açılış oyununu idarə edəcək

FIFA referisi Əliyar Ağayev və FIFA referi köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli beynəlxalq turnirə təyinat alıblar.

bakunews.tv xəbər verir ki, hakimlərimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin açılış oyununu idarə edəcəklər.
İyunun 21-də Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər