İdman
171
21-08-2023, 19:51

Azərbaycanın idman gimnastlarından Misirdə uğurlu nəticə

Azərbaycanın idman gimnastları Misirin paytaxtı Qahirədə keçirilən “Pharaoh’s Cup” beynəlxalq turnirdə medallar qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, kişilərin yarışında üç idmançı fəxri kürsüyə çıxmağa müvəffəq olub.

Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə dayaqlı tullanmada bürünc medala layiq görülüblər.
Qadınlardan ibarət yığma komandamızın üzvü Xədicə Abbaszadə isə yeniyetmələr arasında (2010-cu il) dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında qızıl medala layiq görülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər