SON DƏQİQƏ
Bakunews.tv » İdman » Britaniya və İrlandiya Avro-2028 üçün böyük məbləğ alacaq

Britaniya və İrlandiya Avro-2028 üçün böyük məbləğ alacaq

11.10.2023 22:10 214
Böyük Britaniya və İrlandiya 2028-ci il Avropa çempionatına ev sahibliyi etdikləri üçün UEFA-dan əlavə üç milyard avro alacaqlar.

Bu, 2012-ci il London Olimpiadasından sonra Britaniya adalarında keçiriləcək ən böyük idman tədbiri olacaq.

24 komandanın iştirak etdiyi turnir həmçinin 280 min azarkeşi cəlb edən Avro-1996-dan bəri Böyük Britaniyada ən böyük beynəlxalq futbol tədbiri olacaq.

2028-ci il Avropa çempionatında matçlar üçün təxminən üç milyon bilet satılacaq və stadionların orta tutumu 58 min nəfər olacaq.
Turnir üçün UEFA-nın təqdim etdiyi ərizəyə əsasən. İngiltərə 28, Uels, Şotlandiya və İrlandiya hərəyə altı, Şimali İrlandiya isə beş oyun keçirəcək.

Mənbə: championat.com
Xəbəri necə qiymətləndirirsiniz?