SON DƏQİQƏ
Bakunews.tv » İdman » “Azərreyl” avrokuboklarda mövsümə qələbə ilə start verib

“Azərreyl” avrokuboklarda mövsümə qələbə ilə start verib

17.10.2023 22:32 202
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu avrokuboklarda 2023/2024 mövsümünə qələbə ilə start verib.

bakunews.tv xəbər verir ki, Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsinin ilk matçında inamlı qalibiyyət əldə edib.

Ukraynanın “Balta” klubunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qəbul edən “Azərreyl” rəqibini 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edib.
Bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.
Xəbəri necə qiymətləndirirsiniz?