SON DƏQİQƏ
Bakunews.tv » Olay » Balakəndə 4 otaqlı mənzil yanıb

Balakəndə 4 otaqlı mənzil yanıb

05.01.2023 22:56 349
Balakəndə yaşayış evi yanaraq külə dönüb. Evin əşyaları tamamilə yanıb.

Hadisə Mehdi Hüseynzadə küçəsində, Seyfullah Qurbanova məxsus ümumi sahəsi 135 kv/m olan 4 otaqlı mənzildə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri necə qiymətləndirirsiniz?