SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » Azərbaycan və Əlcəzair XİN başçılarının təkbətək danışıqları başa çatıb, geniştərkibli görüş başlayıb

Azərbaycan və Əlcəzair XİN başçılarının təkbətək danışıqları başa çatıb, geniştərkibli görüş başlayıb

10.08.2022 11:35 396
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın təkbətək görüşü başa çatıb.

bakunews.tv report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

11:11
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın görüşü başlayıb.

bakunews.tv XİN-ə istinadən xəbər verir ki, Ceyhun Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?