SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » Əlcəzairin XİN rəhbəri: “Azərbaycan sülh və təhlükəsizliyə çox vacib töhfə verir”

Əlcəzairin XİN rəhbəri: “Azərbaycan sülh və təhlükəsizliyə çox vacib töhfə verir”

10.08.2022 13:27 305
“Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk”.

bakunews.tv report-a istinadən xəbər verir ki, bunu Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra deyib.

“Azərbaycan sülh və təhlükəsizliyə çox vacib töhfə verir”, - o bildirib.

Onun sözlərinə görə, Əlcəzair və Azərbaycan digər platforma və təşkilatlar, o cümlədən BMT, OPEC+ və Qaz İxracatçısı Ölkələrinin Forumu çərçivəsində əməkdaşlıq edir.

“Əminəm ki, səfərim əməkdaşlığımızın genişlənməsinə şərait yaradacaq. Sülh bizim üçün son dərəcə vacibdir. Hesab edirik ki, səylərimiz qlobal sülhün qurulmasına öz töhfəsini verəcək”, - Əlcəzairin XİN rəhbəri deyib.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?