SON DƏQİQƏ
Bakunews.tv » Şou-biznes » "Az qalsın musiqi həyatım bitəcəkdi" - FOTO

"Az qalsın musiqi həyatım bitəcəkdi" - FOTO

29.07.2022 14:30 322
Türkiyənin məşhur sənətçisi Orhan Gencebay pərəstişkarlarını qorxudub.

bakunews.tv oxu.az-a istinadən bildirir ki, Bodrumda tətildə olan Gencebay istirahəti zamanı bədbəxt hadisə ilə üzləşib.

Belə ki, 77 yaşlı ifaçı şezlonqu açmağa çalışarkən sol əlinin şəhadət barmağını zədələyib. 

Tez xəstəxanaya çatdırılan sənətçinin barmağını sındırmaq dərəcəsində zədələdiyi aşkarlanıb.

"Cərrah üçün onun əlləri nə qədər önəmlidirsə, musiqiçi üçün də elədir. Saz çalarkən sol əlimdən istifadə edirəm. Əgər şəhadət barmağımı itirsəydim, musiqi həyatım bitəcəkdi. Hazırda barmağımda 11 tikiş var", - deyə Gəncəbay qeyd edib.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?