SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək

MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək

02.12.2024 17:16 216
Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, əgər MSK-ya bu barədə özləri müraciət etsələr, bu barədə qərar qəbul olunacaq:

"Təbii ki, kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Amma biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir".
Xəbəri necə qiymətləndirirsiniz?