Cəmiyyət
301
14-08-2022, 13:15

Hərbi qulluqçularımız İranda səfərdədirlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçiriləcək "Snayper həddi" müsabiqəsində iştirak etmək məqsədilə bu ölkədə səfərdədirlər.

Bu barədə bakunews.tv-ya milli.az-a istinadən Müdafiə Nazirliyindən bildirilib.

Müsabiqədə iştirak edən komandaların nümayəndələri ərazi ilə tanış olub, hərbi qulluqçularla təlimat keçirilib. Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib.

Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində Azərbaycan, Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər