SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Azərbaycan snayperləri 300-600 metr məsafədə yerləşən hədəflərə atəş açıb

Azərbaycan snayperləri 300-600 metr məsafədə yerləşən hədəflərə atəş açıb

18.08.2022 20:49 296
İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandalar növbəti atış çalışmalarını yerinə yetiriblər.

Bu barədə bakunews.tv-ya milli.az-a istinadən Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmanın şərtlərinə uyğun olaraq hərbi qulluqçular maneələr zolağını dəf edərək 300-600 metr məsafədə yerləşən hədəflərə snayper tüfənglərindən atəş açıblar.

Birinci mərhələnin şərtlərinə əsasən, iştirakçı ölkələrin snayperləri fərdi şəkildə mübarizə aparırlar.

Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Snayper həddi" müsabiqəsi avqustun 27-dək davam edəcək.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?