SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar

Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar

13.08.2022 17:36 307
Rusiya Federasiyasının Moskva şəhərində "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar.

Müdafiə Nazirliyindən bakunews.tv-ya milli.az-a istinadən verilən məlumata görə, Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin "Fərdi sürmə" mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?