Cəmiyyət
342
19-08-2022, 16:40

Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəliblər

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Bu barədə bakunews.tv milli.az-a istinaden Müdafiə Nazirliyindən bildirilib.

"Fərdi sürmə" mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.

Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.

bakunews.tv

Məqaləyə dair fotomateriallar:

















Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər