Cəmiyyət
324
15-08-2022, 16:49

“Bakmil” metrostansiyası istiqamətində qatarların hərəkət cədvəli dəyişib

"Bakı Metropoliteni" QSC apardığı monitorinqlərin nəticəsini və sərnişinlərin müraciətini nəzərə alaraq, “Bakmil” stansiyası istiqamətində qatarların hərəkət cədvəlinə düzəliş edib.

Bu barədə bakunews.tv-ya report-a istinadən qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yay qrafikinin iş günləri cədvəlinə edilmiş əlavəyə uyğun olaraq, hər iş günü aşağıda qeyd edilən istiqamətlərdə qatarların hərəkəti təşkil olunacaq:

▪️ 06:40-da - “Nərimanov” stansiyasından “Bakmil” stansiyasına;

▪️ 07:16-da - “Bakmil” stansiyasından “Nərimanov” stansiyasına.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər