Cəmiyyət / Video
222
19-10-2023, 14:28

Cəbrayılın Horovlu kəndi belə olacaq - VİDEO

Cəbrayıl rayonunun Horovlu kəndinin gələcək görünüşünü əks etdirən videoçarx hazırlanıb.

bakunews.tv xəbər verir ki, görüntülərdə kəndin işğal illərində olan dağıntılı vəziyyəti, eləcə də yenidənqurmadan sonrakı siması nümayiş olunub. Qeyd edək ki, Prezident İlham Əliyev Horovlu kəndinin təməlini bu ilin may ayının 4-də qoyub. İlk mərhələdə kəndə 1 395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb. Həmçinin kənddə kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.

Son xəbərlər