Dünya
245
7-12-2023, 12:02

Rusiyada prezident seçkilərinin vaxtı AÇIQLANDI

Rusiya Federasiyasında prezident seçkilərinin 2024-cü il martın 17-nə təyin edilməsi barədə qərar qəbul ediLİb.

Bu barədə Federasiya Şurasının plenar iclasında qərar qəbul edilib.

"Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Rusiya Federasiyasında prezident seçkilərinin 2024-cü il martın 17-nə təyin edilməsi barədə qərar qəbul edir. Bu qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir", - sənəddə deyilir.

Qərar yekdilliklə qəbul edilib. Onun lehinə 162 senator səs verib.

Rusiya Mərkəzi Seçki Komissiyası dekabrın 8-də 3 günlük səsvermə barədə qərar layihəsini müzakirə edəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər