Dünya
320
20-07-2022, 14:29

İrəvanda metro stansiyalar bomba təhlükəsi səbəbindən boşaldılır

İrəvan metropoliteni hazırda tam olaraq işini dayandırıb.

bakunews.tv
apa-ya istinadən bildirir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib ki, buna bomba təhlükəsi səbəb olub.

Belə ki, nazirlik nümayəndəsinin sözlərinə görə, paytaxt meriyasının elektron adresinə metropolitenin bütün stansiyalarına bomba qoyulması barədə məktub daxil olub.

İnsident barədə polis məlumatlandırılıb.

Hazırda xilasedicilər sərnişinlərin təxliyəsi ilə məşğul olur.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər