Dünya
423
4-09-2022, 13:19

Kolumbiyada polisin yoluna bomba düzdülər: Çox sayda əməkdaş həlak oldu

Kolumbiyanın Huila departamentində naməlum şəxslər polis maşınının yoluna bomba yerləşdiriblər.


bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində səkkiz hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Bu barədə ölkənin Prezidenti Qustavo Petro "Twitter" hesabında yazıb.

O, insidenti Kolumbiyada sülhün bərqərar edilməsi işinin "açıq-aşkar təxribatı" adlandırıb.

Bundan əvvəl Petro ölkədə fəaliyyət göstərən bütün silahlı qrupları zorakılıqdan əl çəkməyə və hökumətlə dialoqa başlamağa çağırıb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər