Dünya
356
23-08-2022, 20:05

Pakistanda məscidin damı uçub, 15 nəfər ölüb

Pakistanın Sind əyalətində məscidin damının uçması nəticəsində azı 15 nəfər ölüb, 70 nəfər yaralanıb.

bakunews.tv report-a istinadən bildirir ki, hadisə əyalətin şimal hissəsində yerləşən Xeyrpur şəhərində baş verib. Buna səbəb bir neçə gündür davam edən güclü yağışın binanın dayaq konstruksiyalarını yuması olub.

İyun ayından bəri Pakistanda davam edən musson yağışları bütün ölkədə böyük daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinin məlumatına görə, musson daşqınları nəticəsində ölənlərin sayı 830-a çatıb, 1 348 nəfər zərər çəkib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər