Dünya
352
25-08-2022, 13:53

Pakistanda selə görə 900-dən çox insan öldü

Pakistanda son 2 ayda 900-dən çox insan sel daşqınlarında ölüb.

bakunews.tv apa-ya istinadən bildirir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi açıqlama yayıb.

Daşqınlar zamanı azı 903 nəfərin öldüyü, 1293 nəfərin yaralandığı bildirilir.

Musson yağışları nəticəsində 500 mindən çox ev dağılıb. Ən çox zərərin ölkənin şərqindəki Pəncab və cənubundakı Sind vilayətində qeydə alındığı bildirilir.

bakunews.tv
Son xəbərlər