Dünya
199
4-09-2023, 15:27

Putin Türkiyədə “qaz hab”ının yaradılması ilə bağlı danışıb

“Moskva və Ankara yaxın vaxtlarda Türkiyədə “qaz hab”ının yaradılması ilə bağlı razılıqlara gələ bilərlər”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

“Biz irəliləyiş əldə etmişik və ümid edirəm ki, bölgədəki enerji vəziyyətini daha sabit və balanslı etmək üçün Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqları tezliklə başa çatdıracağıq. Hesab edirəm ki, bu, faydalı olacaq”, - deyə V.Putin vurğulayıb.
Mənbə: TASS
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər