SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Hindistan və ABŞ Alyaskada hərbi təlimlərə başlayıb

Hindistan və ABŞ Alyaskada hərbi təlimlərə başlayıb

25.09.2023 18:38 232
Hindistan və ABŞ hərbçiləri Alyaskada iki həftə davam edəcək hərbi təlimlərə başlayıblar.

Hindistan Müdafiə Nazirliyinin mətbuata verdiyi məlumata görə, təlimlər Nyu-Delhi və Vaşinqton arasında, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın intensivləşdirilməsi çərçivəsində baş tutacaq.

Məlumata görə, Hindistan hərbçilərindən ibarət 350 nəfərlik kontingent Alyaskada ABŞ ordusunun yerləşdiyi Fort Ueynrayt rayonundakı hərbi bazaya gəlib.
“Hər iki tərəf BMT-nin sülhməramlı əməliyyatları zamanı qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq üçün bir sıra taktiki təlimlər keçirəcək”, - deyə Hindistan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Mənbə: TASS
Xəbəri necə qiymətləndirirsiniz?