SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Ukrayna artilleriyası təslim olmaq istəyən 25 hərbçini VURDU

Ukrayna artilleriyası təslim olmaq istəyən 25 hərbçini VURDU

05.12.2023 09:50 205
Ukrayna Silahlı Qüvvələrinin artilleriyası Donetsk istiqamətində təslim olmaq istəyən 25 nəfərlik ukraynalı hərbçini məhv edib.

Bu barədə Rusiya Silahlı Qüvvələrinin 110-cu alayının 1-ci atıcı batalyonunun “Günbəz” çağırış nişanlı 1-ci atıcı rotasının komandir müavini bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri sağ qalmaq və ailələrinin yanına qayıtmaq istədiklərini bildiriblər: "Bundan sonra onlarla əlaqə yarada bildik. Gələcəkləri yer təyin olundu. Çox güman ki, bu Kiyev rejimi üçün sərfəli deyil, onlar öz hərbi qulluqçularını məhv ediblər".
Xəbəri necə qiymətləndirirsiniz?