BQXK-nın müşayiəti ilə “Laçın” SBM-də erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir - CANLI YAYIM FOTO- VİDEO
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin olunur.
“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, bu gün bu dəqiqələrə qədər məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə doqquz nəqliyyat vasitəsi keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nın üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrin də olduğu ümumilikdə 30-a yaxın şəxs olub.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.
Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.