Gündəm / Hərbi
197
15-09-2023, 10:11

Müdafiə Nazirliyi Ermənistanın açıqlamasını təkzib edib

Sentyabrın 14-də saat 23 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə hərbi qurum diqqətə çatdırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər