SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Bu gün Zəngilan Şəhəri Günüdür

Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2023 09:11 382
Bu gün Zəngilan Şəhəri Günüdür.

bakunews.tv-ın xəbərinə görə, ilk dəfədir ki, Zəngilan Şəhəri Günü qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü olacaq.

Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - oktyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.
2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib.

Azad olunan ərazilərə şanlı Azərbaycan Bayrağı sancılıb.
Xəbəri necə qiymətləndirirsiniz?